Qadın voleybol oyunlarında ilk qaliblər

Qadın voleybol oyunlarında ilk qaliblər
  13 İyun 2015    Oxunub:1854
Bakı Kristal Zalı Avropa Oyunlarının voleybol yarışlarına ev sahibliyi edir.
Serbiya və İtaliya ilk Avropa Oyunlarının ilk qələbəsini qazandılar. Serbiya tarixin ilk Avropa Oyunlarının qadınlar arasında keçirilən voleybol oyununda Xorvatiyanı 3-0 hesabı ilə məğlub etdi. Dünyanın 8 nömrəli komandası ilk setdən üstünlüyü ələ aldı, oyunçu Marta Drpa (SRB) Bakı 2015-in ilk xalını qazanaraq, adını rekord kitabına yazdırdı.

Serbiya Kristal Zal 1-də ilk seti 25-15 hesabı, sonra isə ikinci və üçüncü setləri 25-17 hesabı ilə başa vurdu.




Teqlər:





Xəbər lenti