Karatenin “briliantı” yarımfinalda - Yenilənib

Karatenin “briliantı” yarımfinalda - Yenilənib
  13 İyun 2015    Oxunub:4260
Azərbaycan bütün çəki kateqoriyalarında təmsil olunur.
Bu gün Bakı 2015 Avropa Oyunlarında karateçilər mübarizəyə başlayıblar.

AzVision.az xəbər verir ki, “Crystall Hall”da təşkil olunan ilk yarış günündə 6 dəst medal oynanılacaq.

Karatenin kumite növü üzrə keçirilən yarışda Azərbaycan bütün çəki kateqoriyalarında təmsil olunur.

Karatenin “brilyantı” Rəfael Ağayev ilk qarşılaşmada ukraynalı idmançı Nikulin İlyaya 3-0 hesabı ilə qalib gəlib.

Rəfael Ağayev ikinci qarşılaşmada Eltermur Ermana 3-5 hesabı ilə məğlub olub.

Karatenin “brilyantı” Rəfael Ağayev A qrupu çərçivəsində saat 13:30 Latviya təmsilçisi Sadikovs Ruslansla görüşəcək.

***
13:32

Rəafel Ağayev Latviya təmsilçisi 3-1 hesabı ilə qalib gələrək turnirin yarımfinal mərhələsinə yüksəlib.

Azvision.az


Teqlər:  





Xəbər lenti