Su polosunda ilk nəticə - 29:1

Su polosunda ilk nəticə - 29:1
  12 İyun 2015    Oxunub:3443
“Bakı-2015”də su polosu yarışlarının qrup mərhələsinin oyunlarına start verilib.
AzVision.az xəbər verir ki, su polosu yarışlarının qrup mərhələsi çərçivəsində 6 görüş keçiriləcək. Qadınların mübarizəsində “A” qrupunda Niderland millisi İsrail, Macarıstan yığması Almaniya, Yunanıstan kollektivi isə Böyük Britaniya komandası ilə qarşılaşacaq.

“B” qrupunda isə İspaniya millisi Serbiya, Rusiya yığması Slovakiya, İtaliya komandası isə fransalı su poloçuları ilə qarşılaşacaqlar.

Favorit hesab edilən, 6 komanda isə çempionluq yarışında amansız mübarizə aparacaqlar. Belə ki, qrupun qalibi olan komandalar avtomatik olaraq, yarışların yarımfinal mərhələsinə yüksələcək. Qrup ikinciləri və üçüncüləri isə yarımfinala çıxmaq üçün dörddəbir finalda oynayacaqlar. Su polosu üzrə qadınların yarışda Azərbaycan komandası iştirak etmir.

**
Qadınlar arasında mübarizənin "A" qrupunda Niderland yığması İsrail millisini 29:1 hesabı ilə məğlub edib. Qarşılaşmanı hakimlər Dreval Svetlana və Dejan Kunikova idarə ediblər.

Qrupun digər oyunu da Macarıstan Almaniyanı 21:4 hesabı ilə yenib.


Teqlər:  





Xəbər lenti