İdmançılarımız 18-ci oldu - YENİLƏNİB

İdmançılarımız 18-ci oldu - YENİLƏNİB
  12 İyun 2015    Oxunub:4515
Sinxron üzgüçülük üzrə Azərbaycan idmançıları Tatyana Nikitina və Yekaterina Valiulina dueti artıq çıxışlarını başa vurub.
AzVision.az xəbər verir ki, 10-cu nömrə altında çıxış edən təmsilçilərimizin ilkin mərhələdə çıxışının nəticələri münsiflər heyəti tərəfindən 71.4333 balla qiymətləndirilib. İdmançılarımızın ardınca Böyük Britaniya, Avstriya, Lixtenşteyn, Yunanıstan, İsveçrə, Fransa, Bolqarıstan, İsrail, Hollandiya və İtaliya duetləri çıxış edəcək.

Onların tutduqları yer və final mərhələsinə yüksəlib-yüksəlməyəcəkləri 20 duetin hamısı çıxışları yekunlaşdıqdan sonra bilinəcək.

**

Rusiyalılar Valeriya Filenkova və Darya Kulaqina 89,2333 nəticə ilə mərhələnin qalibi olublar. Ukraynalılar Yana Narejina və Yelizaveta Yaxno (87,5333) 2-ci, ispaniyalılar Culiya Eçeberria Eskuivel və İren Toledano Karmelo (85,7333) 3-cü pilləyə sahib çıxıblar.

Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina isə 20 idmançı arasında 18-ci yerdə qərarlaşıblar.İlk "10-luğ"a düşə bilmədiyindən, azərbaycanlı cütlük mübarizəni dayandırıb.

Qeyd edək ki, iyunun 15-də keçiriləcək duetlərin yarışında final mərhələsi saat 10:00-da başlayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti