Avropa Oyunlarında ilk yarış başladı - Canlı yayım

Avropa Oyunlarında ilk yarış başladı - Canlı yayım
  12 İyun 2015    Oxunub:4040
AzVision.az-ın məlumatına görə, saat 09:00-da Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülərin mübarizəsi başlayıb.
Təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetirəcək üzgüçülər Avropa Oyunları tarixinə mübarizəyə başlayan ilk idmançılar kimi düşəcək.

Mərkəzin hovuzunda 20 duet mübarizə aparacaq. Onlar iyunun 15-də baş tutacaq final mərhələsinə vəsiqələrin sahiblərini müəyyənləşdirəcək.

Yarışların tarixində mübarizəyə qoşulacaq ilk idmançılar isə Belarus təmsilçiləri Anna Şulyina və Dominika Tsıplakova olacaq. Ardınca Slovakiya, Polşa, Macarıstan, İspaniya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna, idmançıları bacarığını nümayiş etdirəcək.

Avropa Oyunlarında start xəttinə çıxacaq ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulacaq. İdmançılarımızın ardınca Böyük Britaniya, Avstriya, Lixtenşteyn, Yunanıstan, İsveçrə, Fransa, Bolqarıstan, İsrail, Hollandiya və İtaliya duetləri çıxış edəcək.

Günün proqramı:

Sinxron üzgüçülük

Bakı Su İdmanı Mərkəzi
09:00. Duetlər, təsnifat, sərbəst rejim
15:30. Komandalar, təsnifat, sərbəst rejim

Su polosu

Vaterpol Arenası

12:00. Qadınlar, A qrupu: Hollandiya - İsrail, Macarıstan - Almaniya
13:45. Qadınlar, A qrupu: Yunanıstan - Böyük Britaniya
13:45. Qadınlar, B qrupu: İspaniya - Serbiya
15:30. Qadınlar, B qrupu: Rusiya - Slovakiya, İtaliya – Fransa



Azvision.az


Teqlər:  





Xəbər lenti