Azərbaycanlı avtoritetlər İstanbulda atışdı: yaralılar var (VİDEO)
Məlumata əsasən, azərbaycanlılar arasında baş verən mübahisə sonradan silahlı insidentə çevrilib. Atışma nəticəsində iki nəfər yaralanıb. Bundan əlavə, hadisə zamanı bazarda alış-veriş edən iki qadın da yaralanıb.
Yayılan məlumatlara görə, atışma azərbaycanlı avtoritetlərin tərəfdarları arasında baş verib. Türkiyə polisi onların tapılması istiqamətində əməliyyatlara başlayıb.
Qeyd edək ki, aprel ayında Türkiyədə Rövşən Lənkəranskinin başçılığı ilə əcnəbi “qanuni oğru”ların kütləvi “sxodka”sı keçirilib.
Məlumat əsasən Moskvada yaşayan və fəaliyyət göstərən qanuni oğrular həmin vaxt Türkiyədə 4 belarusun “tacqoyma” mərasimini təşkil ediblər. Türkiyədə baş tutan kütləvi “sxodka”nın Ded Xasanın varisi, "Şakro Molodoy" ləqəbli Zaxariy Kalaşovun keçirdiyi toplantılara cavab olduğu bildirilir.
AzVision.az `A24`-ə istinadən atışma videosunu təqdim edir:
Eldar Tanrıverdiyev
Azvision.az