Ukrayna da qondarma seçkini tanımadı

Ukrayna da qondarma seçkini tanımadı
  04 May 2015    Oxunub:1613
“Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən “parlament seçkilər”inin hüquqi nəticəsi ola bilməz”.
AzVision.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında deyilir ki, rəsmi Kiyev mayın 3-də Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımır və qeyri-legitim hesab edir.

Bəyanatda bildirilib ki, rəsmi Kiyev D Qarabağ münaqişəsinin Azərbaycannın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir.

Qeyd edək ki, Gürcüstanda Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri"ni tanımadığını bəyan edib.


Teqlər:  





Xəbər lenti