Klinton seçkiyə 2,5 milyard xərcləyəcək
Nəşr vurğulayır ki, Klinton və onun tərəfdaşları seçkiöncəsi kampaniya üçün məhz 2,5 milyard toplamaq niyyətindədir.
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkisində namizəd olacağını sosial mediada yaydığı video ilə təsdiqləyib.
“Facebook” və “Youtube” sosial şəbəkələrindən yayılan videoda H.Klinton prezidentliyə hazırlaşdığını söyləyir. Kampaniya təqdimatı olan videoda sadə amerikalılar qarşıdakı dövrdə nəyə hazırlaşdıqlarını bildirirlər. Kimisi uşağının məktəb hazırlığından, kimisi bağçasındakı bahar hazırlığından, kimisə də işini böyütmək arzularından bəhs edir. Videonun sonunda görünən H.Klinton isə, "mən də prezident sekçilərinə hazırlaşıram" deyir.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama da keçmiş dövlət katibinə dəstək verib. O açıqlamasında H.Klintonun ölkəni irəliyə aparacaq bir məqsədə sahib olduğunu söyləyib.
Eldar Tanrıverdiyev