Təcili: Rusiya hərbçiləri erməni kəndinə hücum etdi

Təcili: Rusiya hərbçiləri erməni kəndinə hücum etdi
  28 Yanvar 2015    Oxunub:22961
Abxaziyanın Suxumi rayonunun Açadara kəndində sərxoş vəziyyətdə olan Rusiya hərbçiləri 8 erməni ailəsinə hücum ediblər.

AzVision.az
-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə “Naşa Abxaziya” saytı xəbər yayıb.

Hadisə Qumista çayı sahilində yerləşən və etnik ermənilərin yaşadığı qəsəbədə baş verib. Məlumatda rusiyalı hərbçilərin qəsəbəyə zirehli və “UAZ” tipli maşınlarla hücum edib, yerli əhalinin pullarını və zinət əşyalarını götürüblər. Rusiyalı hərbçilər evlərdən birində mandarinlə dolu maşını da özləri ilə aparmağa cəhd ediblər. Lakin yolda nasazlıq baş verdiyindən hərbçilər onu Eşer çayı üzərindəki körpüdə qoyublar.

Hücum nəticəsində rusiyalı hərbçilər bir neçə qəsəbə sakini döyüblər. Döyülən şəxslərdən biri – 76 yaşlı Lyusya Koçaryan xəstəxanaya aparılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti