Ruslar peyğəmbərin karikaturasına qarşı çıxdılar
Rusların 62 faizi dini mövzuda karikaturanın yolverilməz olduğunu düşünür.
Rusiya əhalisinin böyük əksəriyyəti ölkədə dini mövzuda karikaturanın nəşr edilməsinə qarşıdır.
Respondentlərin 89 faizi Rusiyada karikaturaların nəşr olunmamasını vurğulayıb.
Rəyi soruşulanların 46 faizi Məhəmməd peyğəmbərin karikaturlarını “KİV-in müsəlmanları təhqir edən məsuliyyətsiz hərəkəti” kimi dəyərləndirib. Rusların 14 faizi isə bunu Qərbin İslama qarşı planlaşdırılmış hücumu kimi qiymətləndirib.
Rusların 5 faizi isə “Charle Hebdo” jurnalında karikaturaların dərc edilməsini söz azadlığı kimi qiymətləndirib.
Eldar Tanrıverdiyev