Yeni kral 4 nəfəri edam etdi
Edam olunan ikinci şəxs Ömər bin Yəhya bin İbrahim əl-Barkati isə yaxın qohumu ilə cinsi əlaqədə olduğuna görə ölümə məhkum edilib. Daxili işlər naziri onun edamı ilə bağlı belə deyib: “Biz onu asdıq ki, başqalarına yaxşıca dərs olsun“.
Edam olunmuş üçüncü şəxs isə Yasir bin Hüseyn əl-Həmzədir. O, uyuşdurucu həblərin qaçaq yolla ölkəyə gətirilməsində müqəssir bilinib.
“France-Presse” agentliyi qeyd edir ki, son edamları da nəzərə alsaq, bu ilin əvvəlindən Səudiyyədə artıq 16 nəfər ən ağır cəzaya çatıb.
O da bildirilir ki, 2010-cu ildə Səudiyyədə cəmi 27 nəfər edam edilmişdi. Mərhum kral Abdullahın dönəmində isə bu göstərici xeyli çoxaldı. İllik edamlar 80 nəfərə çatdı, ötən il isə 87 nəfər edam edildi.
Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı edam hökmlərinə görə insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar tərəfindən mütamadi tənqid olunur. İnsan haqlarını pozan ölkələr sırasında Səudiyyə Ərəbistanı öndə gəlir.
Teqlər: