Dünya mediası peyğəmbərin karikaturalarını dərc edir - FOTO

Dünya mediası peyğəmbərin karikaturalarını dərc edir - FOTO
  08 Yanvar 2015    Oxunub:3506
Dünyanın aparıcı KİV-i Məhəmməd peyğəmbərin karikaturalarını yenidən dərc edib.
AzVision.az-ın “CNN” telekanalına istinadən verdiyi məlumata görə, bununla da jurnalistlər “Charlie Hebdo” satirik jurnalı ilə həmrəy olduqlarını bildiriblər.

ABŞ-da karikaturaları “Business Insider” və “Huffington Post” kimi nəşrlər dərc edib. “Daily Beast” tabloidi isə “Charlie Hebdo” jurnalının 2011-ci ildə nəşr etdiyi karikaturalardan ibarət 16 slayd şou yerləşdirib.

Almaniyada da Berlin qəzeti olan “B.Z”nin ilk səhifəsində Məhəmməd Peyğəmbərin karikaturası dərc edilib.

Danimarkanın “Berlingske” qəzeti də “Charlie Hebdo” karikaturalarını yenidən dərc edib. Bununla da Danimarka qəzeti “Charlie Hebdo” ilə həmrəy olduqlarını bildirilər.

Ötən gün Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 11 nəfər öldürülüb. Hazırda Fransa polisi şübhəli şəxslərin axtarışlarını davam etdirir. Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti