Fransada 3 gün matəm elan edildi

Fransada 3 gün matəm elan edildi
  08 Yanvar 2015    Oxunub:1894
Fransanın paytaxtı Parisdə baş vermiş terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.
AzVision.az xəbər verir ki, bunu prezident Fransua Olland bəyan edib.

Belə ki, yanvarın 8-də terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Matəmlə əlaqədar ölkədə 3 gün bayraqlar yarıya endiriləcək.

Xatırladaq ki, bu gün şəxsiyyətləri hələ müəyyənləşdirilməmiş terrorçular "Charlie Hebdo" satirik jurnalının redaksiyasına hücum edərək, 12 nəfər əməkdaşını güllələyərək, qətlə yetiriblər.


Teqlər:





Xəbər lenti