Rza Zərraba 8 milyon ziyan

Rza Zərraba 8 milyon ziyan
  07 Yanvar 2015    Oxunub:1746
Azərbaycan əsilli iş adamı Rza Zərraba 8 milyon türk lirəsi ziyan dəyib.
AzVision.az xəbər verir ki, Rza Zərraba məxsus “Royal” dənizçilik şirkəti sonuncu dəfə 2011-ci ildə 8 milyon lirə ziyanla üzləşib.

Araşdırmalar nəticəsində məlum olub ki, adı çəkilən maddi zərər 2011-ci ildə müqavilədə dəyişiklik edərək qızıl ticarətinə başlamazdan əvvəl olub. Bu vaxta qədər şirkətin yeganə sahibi olan Rza Zərrab 2012 və 2013-cü illərdə heç bir maddi itki yaşamayıb.

Bir müddət Rzanın qardaşı Məhəmməd Zərrab və Əbdürrəhman Nenəmin idarə etdiyi şirkət İdarə heyətinin sonuncu toplantısından sonra tamamilə Rza Zərrabın ixtiyarına verilib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti