Cəbhədə iki erməni əsgəri məhv edilib

Cəbhədə iki erməni əsgəri məhv edilib
  06 Yanvar 2015    Oxunub:1884
Qarabağ cəbhəsində baş verən atışmada Ermənistan ordusunun iki əsgəri məhv edilib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, ötən axşam saatlarında baş verən atışma nəticəsində Ermənistan ordusunun iki əsgəri öldürülüb. Ölən hərbçilərinin adları açıqlanmır.

Hazırda Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, yanvarın üçü Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərində daha iki hərbi qulluqçusunu itirmişdi.

Erməni mətbuatının yazdığına görə, həmin zaman öldürülənlər Karen Samveloviç Qriqoryan və Vardan Martikoviç Mkrtçyandır, Volodya Qaqikoviç Arutyunyan isə ağır yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti