Qatar avtobusun üstündən keçdi: üç ölü

Qatar avtobusun üstündən keçdi: üç ölü
  03 Yanvar 2015    Oxunub:1789
Gürcüstanda sürət qatarı marşrut avtobusunun üstündən keçib.
AzVision.az APA-ya istinadən məlumata verir ki, qəza nəticəsində üç nəfər dünyasını dəyişib, bir neçə sərnişin müxtəlif xəsarətlər alıb.

Qeyd olunur ki, toqquşma Gürcüstanın qərbində, Abaş rayonunun Marani kəndi ərazisində baş verib.

Zərərçəkənlər təcili olaraq xəstəxanaya çatdırılıblar.

Qəzanın səbəbləri hələ məlum deyil.


Teqlər:  





Xəbər lenti