ABŞ Rusiyaya çağırış etdi
Qeyd edək ki, bir müddət əvvəl KİV-lər Moskvanın Suriyaya 144 ədəd «Yer-Hava» tipli yeni raket sistemlərinin satışına hazırlaşdığını bildirib. ABŞ və Rusiyanın Cenevrə kommunikesi platformasında beynəlxalq konfrans keçirməyi qərara almasından sonra isə Lahdar Brahimi BMT və Ərəb dövlətləri liqasının Suriya üzrə xüsusi təmsilçisi postunda qalmağa razılıq verib. Bu barədə BMT-nin baş katibinin birinci müavini Yan Eliasson məlumat verib.
O vurğulayıb ki, təmsil etdiyi qurum Suriyadakı münaqişənin hərbi yolla həllinin əleyhinədir. Bu arada, BMT Baş Assambleyasına Suriya ilə bağlı yeni qətnamə layihəsi təqdim olunub. 28 ölkənin nümayəndəsi tərəfindən təqdim olunan layihənin müəllifləri arasında Türkiyə də var. Suriyada böhranın dinc yolla həlli üçün ən yaxşı yolun sürətli keçid müddəti olduğu vurğulanan layihədə münaqişə tərəflərindən hər hansının zorakılıq nümayiş etdirərək təhdid və hədələrə yol verməsinin qəbuledilməz olduğu bildirilir.
Suriya ordusunun qonşu ölkələri top atəşinə tutması da kəskin qınanaraq bunun beynəlxalq hüquqa zidd olduğu, eyni zamanda qonşu dövlətlərin ərazi bütövlüyü və təhlükəsizliyinə təhdid təşkil etdiyi diqqətə çatdırılır. Qətnamə layihəsində Suriya hökumətinin kimyəvi və ya bioloji silahlardan istifadə etməsinə dair iddiaların böyük narahatlıq doğurduğu da bildirilib.
«Hizbullah» lideri Həsən Nəsrallahın növbəti açıqlamaları isə Yaxın Şərqi xeyli narahat edib. O, sahib olmadıqları güclü silahları Suriya hökumətindən alacaqlarını deyib. İsrialin hücumlarında Suriya ordusunda itkilərin olmadığını qeyd edən Hizbullah lideri orduya, təlimat almadan bu ölkədən gələcək hər zərbəyə cavab üçün göstəriş verildiyini də açıqlayıb.
Suriya Xarici işlər nazirinin köməkçisi Faysal Mikdad isə kimyəvi silahdan istifadə edilib-edilmədiyinin araşdırılması məqsədilə BMT mütəxəssislərini qəbul etməyə hazır olduqlarını bildirib.
ABŞ-ın NBC telekanalına müsahibə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Suriya kimyəvi silahdan istifadə edib və xəsətxanalırmızda bundan zərər görən yaralılar var. Suriyanın qırmızı xətti keçdiyini vurğulayan Ərdoğan rəsmi Vaşinqtonun bu məsələyə daha məsuliyyətli yanaşmasını istəyir.
Səbinə Həsənova
AzVision.az