BMT Dəməşqdə kimyəvi silahı araşdıracaq

BMT Dəməşqdə kimyəvi silahı araşdıracaq
  10 May 2013    Oxunub:1432
Suriya ölkədə kimyəvi silah tətbiqini araşdırmaq üçün BMT müfəttişlərini qəbul etməyə hazır olduğunu bildirib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, aprelin sonunda Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bildirib ki, Suriya hökuməti silahdan istifadə haqqında istənilən iddiaların araşdırılmasından imtina etmir. Amma detalları aydınlaşdırmağı tələb edir ki, beynəlxalq müfəttişlər Suriyaya girə bilsinlər.

Suriyada kimyəvi silahdan istifadə olunmasını araşdıracaq BMT-nin müfəttiş qrupu ölkəyə girişə icazəsi gözləyir. İki müfəttişdən ibarət qrup Kiprdədir. Qrupdakı müfəttişlər növbə ilə əvəz olunma əsasında işləyirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti