Cinayətkar erməni məhkəmə qarşısında

Cinayətkar erməni məhkəmə qarşısında
  10 May 2013    Oxunub:1571
Los-Ancelos məhkəməsində 28 yaşlı erməni ağır cinayətdə ittiham olunub.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Los-Ancelos məhkəməsi Xaçik Maskovyanı Kaliforniya ştatının sakini 33 yaşlı Coşua Vestini oğurlayıb öldürməkdə təqsirli bilib. İnsidentin təfərrüatları araşdırılmayıb. Amerikalının öldürülməsinin yalnız aprelin 24-də baş verdiyi məlumdur.

Coşuanın cəsədində çoxsaylı güllə və küt alətlə vurulmuş yaralar aşkar olunub. Coşua ilə Maskovyan arasında dava olub və 28 yaşlı erməni onu döydükdən sonra başqasına məxsus yük maşınına qoyub, sonra hadisə yerindən naməlum istiqamətə uzaqlaşıb. Bir neçə dəqiqədən sonra güllə səsləri eşidilib. Həkimlər amerikalının həyatını xilas edə bilməyiblər.

İki gündən sonra Maskovyan həbs olunub. Onun Coşua ilə əlaqələri barədə məlumat verilməyib. Öldürülən amerikalı daşınmaz əmlak agentliyində menecer işləyirmiş.

AzVision.az


Teqlər:  





Xəbər lenti