“Putin 2.0” yoxsa “Putin 1+”?

“Putin 2.0” yoxsa “Putin 1+”?
  10 May 2013    Oxunub:1323
Vaşinqton ekspertləri bildiriblər ki, Putinin üçüncü prezidentliyi dövründə ABŞ-la Rusiya münasibətlərində böyük dəyişikliklər gözləmək lazım deyil.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin prezidentliyinin birinci ili Amerika cəmiyyətində yaddaqalan olub. Putinin idarəçiliyinin üçüncü dövründə Amerika-Rusiya münasibətlərinin perspektivləri Vaşinqtondakı Vudro Vilson adına Mərkəzdə müzakirə edilib.

“ABŞ ilə Rusiya arasında ciddi fəlsəfə fərqləri vardır – Rusiya özünü beynəlxalq status-kvonun müdafiəçisi hesab edir” - Vaşinqton analitiki Ancela Stent bildirib.

Ekspertlər belə nəticəyə gəliblər ki, xarici siyasətdə “Putin 2.0 modeli”ni gözləməyin mənası yoxdur, bu “Putin 1+” modelidir” - Corctaun universitetinin Avrasiya, Rusiya və Şərqi Avropanın öyrənilməsi üzrə Mərkəzin direktoru professor Ancela Stent söyləyib.

“Putin modernləşdirməyə hələ hazır deyil. Rusiyanın xarici siyasətində yenilik görmürəm. Rusiyanın xarici siyasət doktrinasına əsasən BMT beynəlxalq arenada əsas rol oynayır, lakin Rusiya hər hansı alternativ təklif etməklə bütün vacib qərarlarda başda olmaq niyyətindədir. Avrasiya İttifaqı Rusiyanın birinci prioritetidir, sonra Ukrayna və Avropa əsas rol oynayır, üçüncü yerdə ABŞ dayanır” – Stent əlavə edib.

Brukinq institutunun eksperti Fiona Hill öz növbəsində bildirib ki, Rusiyanı müasirləşdirmək Putin üçün sərfəli deyil, çünki bu zaman o mövcud rejimin idarəsini itirə bilər.

“Maqnitski qanunu” – bu yanlış idi?

Stent kimi Hill də hesab edir ki, “Maqnitski qanunu”nun qəbulu ABŞ Konqresinə daxil olmaq üçün yanlış yoldur.

Professor Stentin sözlərinə görə, “Maqnitski qanunu”nun qəbulu lobbilərin təzyiqi ilə edilmiş səhvdir.

“Dövlət departamentində həmişə arzu edilməyən şəxslərə vizaların verilməməsi səlahiyyəti var idi, amma indi biz öz siyahımızı, Rusiya özünkünü təqdim edir. ABŞ administrasiyası isə onu məhdudlaşdırmağa çalışır. Düşünürəm ki, hər iki siyahının nəşrindən sonra hər iki ölkə bu səhifəni bağlayacaq və növbəti mövzuya keçəcək” - ekspert vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti