İran yeni pilotsuz təyyarə yaratdı

İran yeni pilotsuz təyyarə yaratdı
  10 May 2013    Oxunub:1067
İran peşəkarları radara düşməyən yeni pilotsuz uçuş aparatı yaradıblar.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İranın müdafiə naziri Əhməd Vahidi bildirib ki, yeni uçuş aparatına Epic (farsca Hemaseh) adı verilib. Düşmən qüvvələrinə zərbə endirmək üçün nəzərdə tutulmuş pilotsuz təyyarə daha hündürdən uça bilir və radara düşmür.

Qeyd edək ki, fevral ayında İran Qaher-313 qırıcı təyyarəsi yaratmışdı. Qaher-313 təyyarəsi də radardan gizlənmək qabiliyyətinə malikdir.

AzVision.az


Teqlər:





Xəbər lenti