XİN: Terroristlər bizim əraziyə gəlməsin
PKK-çıların İraq torpaqlarına girməsinin mümkünsüz olduğu deyilən açıqlamada, İraqın Türkiyənin bölgədəki sülh siyasətini dəstəklədiyi vurğulanır.
Öz ölkəsinin suverenliyi, təhlükəsizliyi və sabitliyini düşünən İraq səlahiyyətliləri bu baxımdan PKK-çıların İraq torpaqlarına daxil olmasına qarşı olduqlarını vurğulayıb.
Qeyd edək ki, PKK terror təşkilatının üzvləri, dünəndən etibarən Türkiyənin Hakkari vilayətindəki Cilo-Buzlaq Sat Dağlarından, Ağaçdibi kəndi bölgəsindən, Berçelan Yaylası və Ceylanlı kəndindən, Kato Dağından, Hakkarinin Qazan Vadisi, İşıqlı, Qovuşan, Minyanış, Cevizli bölgələrindən geri çəkilməyə başlayıb.