250 min qul-uşaq
“Hazırda dünyada təxminən 250 min uşaq qul kimi işləyir. Hər gün 36 min adam insan alverinin qurbanı olur. Bu problem ilə mübarizədə sosial medianın imkanlarından istifadə etmək lazımdır” – M.Sorvino söyləyib.
“Moonbeam Films” şirkətinin direktoru və prodüser Anna Rivell öz növbəsində vurğulayıb ki, insanların diqqətini bu problemə yönəltmək vacibdir.
“İnsan alveri problemi bu gün dəhşətli statistik göstəriciyə malikdir. Analar çarəsizlikdən uşaqlarını satırlar” – o qeyd edib.
Exxon Mobil şirkətinin vitse-prezidenti Yana Baderşnayder söyləyib ki, böyük şirkətlər insan alverinin qarşısının alınması üçün çalışmalıdır. Onun sözlərinə görə, Nike şirkətinin Asiyadakı bir çox sexləri qul əməyindən istifadə etdiyi üçün bağlanıb. Baderşnayder, eyni zamanda, problemə qarşı birgə mübarizə aparmağın əhəmiyyətini vurğulayıb.
AzVision.az