Berluskoni 4 il həbs cəzası aldı

Berluskoni 4 il həbs cəzası aldı
  09 May 2013    Oxunub:1295
Milanın Ali Məhkəməsi İtaliyanın keçmiş baş naziri, milyarder və mediamaqnat Silvio Berluskoniyə 4 il həbs cəzası verib.
AzVision.az-ın qərb mətbuatına istinadən verdiyi məlumata görə, Berliskoni Mediaset adlı media qrupunda maliyyə fırıldağında təqsirli bilinib. Beləliklə, hakimlər kollegiyası ittiham edən tərəfin tələbini təmin edib və keçən ilin oktyabrının sonunda çıxardılmış hökmü dörd il azadlıqdan məhrumetmə ilə əvəz edib. Dörd illik həbs cəzasının üç ili dərhal amnistiyaya düşüb və Berliskoni bağışlanıb. Eyni zamanda, siyasətçi məhkəmənin qərarı ilə beş il müddətinə dövlət vəzifəsi tuta bilməz.

Berliskoni məhkəmə prosesində şəxsən iştirak etməyib, o hakimin qərarını Romadakı iqamətgahında gözləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti