Obama: “Xaricdəki hərbi əməliyyatlar dayandırılır”
“ABŞ ordusunun xarici ölkələrdə yerüstü qüvvələrin iştirakı ilə apardığı irimiqyaslı əməliyyatlar dövrü sona çatıb”, - deyə Obama Makquayr-Diks- Leykharst hərbi bazasında hərbçilər önündə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu ilin sonuna qədər Əfqanıstanda olan əsas hərbi kontingent geri, ölkəyə qayıdacaq.
Obamanın sözlərinə görə, 2015-ci ildə Əfqanıstanda təhlükəsizliyi yerli rəhbərlik təmin edəcək: “13 ildən sonra bizim Əfqanıstandakı əməliyyatımız başa çatır”. ABŞ prezidenti eyni zamanda bu regionun təhlükə mənbəyi olaraq qaldığını da vurğulayıb. Onun sözlərinə görə, Əfqanıstanda 180 minlik kontingentdən cəmi 15 min hərbçi qalacaq. Bu hərbçilər isə yalnız yerli əsgərlərə təlim keçəcək.
Eldar Tanrıverdiyev
Teqlər: