İranın yeni prezidenti qadın ola bilər

İranın yeni prezidenti qadın ola bilər
  09 May 2013    Oxunub:1152
İranda prezident postuna 144 nəfər namizədliyini irəli sürüb.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İranın Daxili İşlər Nazirliyi məlumat verib ki, mayın 7-dən prezidentliyə namizədliyini irəli sürən şəxslərin qeydiyyatı başlayıb.

İlk gün qeydiyyatdan 75 namizəd keçib. Onlar əsasən İran İslam Respublikasının görkəmli siyasətçi və dövlət xadimləri olub. İkinci gün qeydiyyatdan keçən 69 nəfərin ikisi qadın olub. Qeyd edək ki, İranın siyasi tarixində qadının prezidentliyinə namizədliyi ilk hadisədir.

İranın İslam Respublikasının Konstitusiyasına əsasən prezident seçkiləri dörd ildə bir dəfə gizli səsvermə yolu ilə keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti