Baş nazir Azərbaycana gəldi

Baş nazir Azərbaycana gəldi
  15 Dekabr 2014    Oxunub:1226
Malta Respublikasının Baş naziri Cosef Muskat dekabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Cosef Muskatın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Maltanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Baş nazir Cosef Muskatı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.



Teqlər:





Xəbər lenti