İnsan ölümündən həzz alan qatil
Nova-İquasu polis rəisinin sözlərinə görə, "o, qaradərili qadınları deyil, ağdərili qadınları öldürmək istəyib".
Hazırda polis Qrasasın sözlərini təhqiqat materialları ilə tutuşdurur.
Braziliyalı qatilin sözlərinə görə, o, doqquz il ərzində 37 qadın, 3 kişi, həmçinin iki yaşlı uşaq öldürüb. O, uşağı ağlayaraq qonşuların diqqətini çəkməmək üçün qətlə yetirib.
Qrasas bildirib ki, həbsxanadan çıxdıqdan sonra qətllərini davam etdirəcək.
Braziliyada maksimal həbs müddəti 30 ildir, ölkədə ölüm hökmü yoxdur.