Məhsəti Gəncəvinin 900 illiyi UNESCO-da qeyd olunacaq

Məhsəti Gəncəvinin 900 illiyi UNESCO-da qeyd olunacaq
  08 May 2013    Oxunub:4506
Tədbir mayın 16-da dünyanın nüfuzlu təşkilatlarından biri olan UNESCO-nun baş qərargahında keçiriləcək.
Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyindən bildirilib ki, mayın 16-da dünyanın nüfuzlu təşkilatlarından biri olan UNESCO-nun baş qərargahında Şərq aləmində tanınan şair və elm xadimi Məhsəti Gəncəvinin 900 illiyi təntənəli şəkildə qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin daimi nümayəndəliklə birgə təşkil edəcəkləri yubiley tədbiri Məhsəti Gəncəvinin zəngin şəxsiyyətinin və çoxsahəli fəaliyyətinin, o dövrdə cəmiyyətdə oynadığı rol ilə qadın hüquqlarının ilk müdafiəçilərindən biri kimi beynəlxalq səviyyədə tanınmasına töhfə verəcək.

Tədbirdə azərbaycanlı aktyorların ifasında şairin rübailəri səsləndiriləcək, qədim musiqi alətlərindən ibarət ansamblın çıxışı olacaq, M.Gəncəvinin miniatürlərindən bəhs edən film nümayiş etdiriləcək.


Teqlər:  





Xəbər lenti