ATƏT sədri Cənubi Qafqaza səfər edəcək

ATƏT sədri Cənubi Qafqaza səfər edəcək
  08 May 2013    Oxunub:1342
Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı və fəaliyyətdə olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri Leonid Kojar BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə bağlı Cənubi Qafqaza səfər etmək niyyətindədir
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Kojar söyləyib ki, o Azərbaycan və Ermənistan arasındakı mövcud münaqişənin həlli yollarını müzakirə etmək üçün Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.

“Vəziyyətin o qədər də asan olmadığını anlayırıq. Biz danışıq prosesinə təkan vermək istəyirik və Vyanada ATƏT vasitəsilə, həmçinin Avropa Birliyinin “Şərq əməkdaşlığı” proqramı ilə dinamika olduğunu hiss edirik” – Kojar əlavə edib. Bu cür əməkdaşlıq çərçivəsində Ermənistan və Azərbaycanın nümayəndə heyətləri bir-biri ilə danışıqlar apara bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti