Valdiz Zatlers Qarabağa dəstək istədi
Zatlersin sözlərinə görə, dondurulmuş münaqişələr gələcəkdə bütün dünya üçün təhlükə yarada bilər, bunun üçün də həmin münaqişələrin həll olunması üçün tədbir görməyin vaxtı çatıb. Xüsusilə, bu, ATƏT-in Minsk qrupunun səyləri də daxil olmaqla, həll olunması üçün bütün səylərin uğursuz olduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aiddir.
"Başa düşürəm ki, dünya maliyyə böhranı zamanı bir çox ölkələrin diqqəti münaqişələrə yox, şəxsi problemlərinin həllinə yönəlmişdi. Lakin indi vaxt çatıb və biz bütün dünya üçün problem ola biləcək məsələlərlə məşğul olmalıyıq. Hesab edirəm ki, biz bu məsələdə fəallıq göstərməliyik, biz Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni yanaşmaları axtarmalıyıq", - sabiq Prezident bildirib.
Zatlers həmçinin vurğulayıb ki, Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumu həm Azərbaycan, həm də region üçün böyük əhəmiyyət daşıyır. Sabiq prezidentin sözlərinə görə, forum keçmiş və indiki problemləri toplaşaraq müzakirə etməyə, həmçinin gələcəkdə bu problemlərin həlli yollarını tapmağa imkan verir.
"Azərbaycan yalnız regional lider deyil, dünyanın inkişafına öz töhfəsini verən ölkədir", - Zatlers bildirib.
Teqlər: