Mehmanpərəstdən şairlərlə bağlı kəskin açıqlama
AzVision.az-ın İran KİV-ə istinadən verdiyi məlumata görə, Ramin Mehmanpərəst öz həftəlik brifinqində Beynəlxalq Səhər Telekanalı müxbirinin “İran hökuməti yenə də həbs olunmuş Azərbaycan Respublikası vətəndaşı ilə islami mehribanlıqla rəftar edəcək və onu azad edəcək ya xeyir?” sualına cavabda deyib:
Azərbaycan Respublikası hökuməti də həmişə belə şəxslərə təkidlə bildirib ki, məntiqdən uzaq hərəkətlər etməsinlər. Lakin, buna baxmayaraq, yenə də müşahidə etdik ki, bəzi fürsəti fövtə verməyən şəxslər bu kimi özbaşınalıqların təkrar edilməsində israrlı davranırlar.
“İran hökuməti qonşu ölkələr, xüsusilə Azərbaycanla yaxşı münasibətlərimizə sionizm, düşmənlər və fürsəti fövtə vermənən şəxslərin planları ilə zərbə dəyməsinə imkan verməyəcək” –deyə Ramin Mehmanpərəst əlavə edib.
Mehmanpərəst qeyd edib ki, həbs olunan və İranın təhlükəsizlik rəsmilərinin nəzarətində olan şəxsin işi qəti şəkildə araşdırılmaqdadır.
Sevinc İltifatqızı