Hərbi gəmilər Fars körfəzində

Hərbi gəmilər Fars körfəzində
  07 May 2013    Oxunub:1442
İran təhlükə yaranacağı təqdirdə Fars və Oman körfəzini bağlayacaq
ABŞ-ın rəhbərliyi altında dünyanın 41 ölkəsinin hərbi gəmiləri Fars körfəzində təlimlərə başlayıb. AzVision. az Qərb mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Ştatların Bəhreyndəki 5-ci donanmasının başcılığı altında keçirilən manevrlər mayın 30-dək davam edəcək. Hərbi təlimlərdə dənizdə təhlükəiszliyin təminatı, beynəlxalq ticarətin təhlükəsiz şəkildə həyata keçirilməsi, minaların zərərsizləşdirilməsi üzrə əməliyyatlar reallaşdırılacaq.

İran onun əlehyinə yönələn bu təlimlərlə bağlı xəbərdarlığında bildirib ki, milli maraqlarına təhlükə yaranacağı təqdirdə Hörmüz boğazını birləşdirən Fars və Oman körfəzini bağlayacaq. Qeyd edək ki, regionun neft tranzitinin 40%-i məhz bu ərazilər vasitəsilə təmin edilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti