İnsan hüceyrəsindən ilk dəfə sümük yaradıldı

İnsan hüceyrəsindən ilk dəfə sümük yaradıldı
  07 May 2013    Oxunub:1376
ABŞ-da biotexnoloqlar hüceyrələrin yenidən proqramlaşdırılması texnologiyası ilə insan sümüklərinin əvəz edilməsi üçün süni analoq yaradıblar.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, lüləşəkilli hüceyrə Fondundan tədqiqatçıların rəhbəri Cüzeppe de Peppo bildirib ki, bu üsul əsl sümük tələb etməyən xəstələrə tətbiq oluna bilər.

De Peppo və onun həmkarları insan dərisinin hüceyrələrindən yaradılmış və yenidən proqramlaşdırılmış lüləşəkilli hüceyrələrlə sınaqdan keçirilmiş sümük parçasının ilk fraqmentlərini uğurla hazırlayıblar.

Sınaqların gedişatında alimlər hüceyrələri sümük parçalarına çevirmək üçün üç metodikadan istifadə ediblər.

Süni sümüklərin keyfiyyətini yoxlamaq üçün alimlər, onları anadangəlmə immun sisteminə malik olmayan siçanların dərisinin altında yerləşdiriblər. Bu yolla bioloqlar implantın nə dərəcədə qorxulu şişlərə çevriləcəyini yoxlayıblar. Ardıcıl sınaqlardan sonra bioloqlar, tətbiq olunduqdan üç ay sonra forma və funksiyasını saxlayan sabit sümük nümunələri yaratmağa müvəffəq olublar.

AzVision.az


Teqlər:  





Xəbər lenti