İranda seçki kampaniyasına start verildi

İranda seçki kampaniyasına start verildi
  07 May 2013    Oxunub:1398
Bu gündən etibarən 5 gün ərzindən arzu edən iranlı namizədliyini irəli sürə bilər
İranda iyunun 14-nə təyin olunan 11-ci prezident seçkiləri ilə bağlı kampaniya rəsmi olaraq başlayıb. Bu gündən etibarən 5 gün ərzindən arzu edən hər kəs namizədliyini irəli sürə bilər.

Namizədlikləri Konstitusiya Mühafizə Şurası təsdiqləməli, Ali dini lider isə xeyir-dua verməlidir. Bu dəfə prezidentlik yaraşında iştirak etmək istəyənlər çox olsa da, seçkinin favoriti kimi 3 nəfərin adı çəkilir.

Bunlar Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, xarici işlər naziri Əli Əkbər Salehi və parlamentin spikeri Əli Larincanidir.

Səbinə Həsənova
Azvision.az



Teqlər:  





Xəbər lenti