Azərbaycan iranlı məhkumları geri qaytarır

Azərbaycan iranlı məhkumları geri qaytarır
  01 Dekabr 2014    Oxunub:1657
Azərbaycanda cəza çəkən 30 iranlı məhkum sabah öz ölkəsinə təhvil veriləcək.
AzVision.az xəbər verir ki, trend-in sorğusuna cavab olaraq, İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, məhbusların təhvil verilməsi İran və Azərbaycan arasında imzalanmış məhbusların mübadiləsi haqqında müqavilə əsasında həyata keçirilir.

Məlumata əsasən, dekabrın 2-də Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılan 30 iranlı məhkum Astara sərhəd-keçid məntəqəsindən İranın məhkəmə sisteminin nümayəndələrinə təhvil veriləcək. Onlar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.

Qeyd edək ki, hazırda Azərbaycan həbsxanalarında təxminən 130-a yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotiklərin satışı və daşınmasında ittiham olunur.

Bundan başqa, hazırda Azərbaycanda saxlanılan 52 İran vətəndaşı barəsində isə məhkəmə qərarı çıxarılmayıb.


Teqlər:





Xəbər lenti