NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur

   NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur
  09 May 2024    Oxunub:825
“NATO Ukraynaya hərbi personal göndərmək niyyətində deyil. Kiyev alyans üzvlərindən bunu istəməyib”.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq ANSA-ya müsahibəsində bildirib. "NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur. Keçən həftə Ukrayna hakimiyyəti ilə görüşəndə onlar bunu istəmədilər", - o deyib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron daha əvvəl Fransanın Ukraynaya qoşun göndərməsini istisna etməmişdi. Rəsmi Parisin bu mövqeyi Avropa İttifaqı və NATO daxilində ciddi ziddiyyətə səbəb olub.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti