Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanıldı
Həmin şəxsləri aylıq maaş verəcəyi vədi ilə aldadaraq onlardan müəyyən məbləğdə depozit alıb. Daha sonra o, tanınmış markaların sosial şəbəkə səhifələrindən geyim fotoları köçürərək sosial şəbəkə qruplarında paylaşıb. Alış-veriş etmək istəyən müştərilər ödənişi Ü.İsmayılovun “işə götürdüyü” şəxslərin bank kartına, onlar isə öz növbəsində saxlanılan şəxsin hesabına transfer ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir. Ü.İsmayılovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.
AzVision.az
Teqlər: