Səfər çərçivəsində Azərbaycan fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev Özbəkistan nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı nazir müavini ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülən işlər, Azərbaycan FHN-in strukturu və fəaliyyəti barədə qonaqlara geniş məlumat verib, səfər çərçivəsində uğurlu təcrübə mübadiləsinin aparılacağına əminliyini bildirib.
Özbəkistan Respublikası Prezident Administrasiyasının baş müşaviri Suxrob Axmedov səmimi görüşə görə təşəkkür edərək, qarşılıqlı səfərlərin və aparılan müzakirələrin əhəmiyyətini qeyd edib, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin strukturlarının qazandığı təcrübənin yerində öyrənilməsinin faydalı olacağına inandığını vurğulayıb.
Qeyd edək ki, səfər çərçivəsində qonaqlar FHN-in Aparatının struktur bölmələri və qurumlarının fəaliyyəti ilə yerində tanış olublar.
AzVision.az