“Gürcüstan Azərbaycandan asılı olmamalıdır”

“Gürcüstan Azərbaycandan asılı olmamalıdır”
  07 May 2013    Oxunub:1494
“Gürcüstan Rusiyadan təbii qaz alışını bərpa edə bilər”.
Bu fikirləri Gürcüstanın energetika naziri Kaxa Kaladze səsləndirib.

“Ölkə bir tədarükçüdən, dəqiq desək Azərbaycandan asılı olmamalıdır”, - deyə nazir İmedi telekanalında çıxışı zamanı deyib.

Gürcü ekspertlərin bir hissəsi bu ideyanı dəstəkləsə də Azərbaycanla müqayisədə Rusiya qazının min kubmetrinin 100 dollar baha olduğunu da qeyd ediblər.

Energetika məsələləri üzrə ekspert Liana Cervalidzenin fikrincə isə bazarda ən azı üç tədarükçü olmalıdır. “Strateji tərəfdaş nə qədər etibarlı olsa da, yenə də əlavə tədarükçülərə ehtiyac var. Bu, daxili bazarda monopoliyanın qarşısını alır, rəqabətin inkişafını təmin edir və maraqlı konyunktura yaradır”.



Teqlər:  





Xəbər lenti