`İsa Qəmbərin mövqeyi əvvəldən bəlli idi`

 `İsa Qəmbərin mövqeyi əvvəldən bəlli idi`
  27 Noyabr 2014    Oxunub:1914
“İsa Qəmbərin mövqeyi əvvəldən bəlli idi, o, fraksiya yaradılmasına qarşıdır. Amma hələlik onun yaradılması təxirə salınmayıb”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat başqanlığa keçmiş namizəd Tural Abbaslı bildirib. İsa Qəmbərin partiyada fraksiya yaradılması ilə bağlı fikirlərinə münasibət bildirən T.Abbası fraksiyanın yaradılacağını deyib.

“Fraksiyanın yaradılması məsələsi ilə bağlı iki tərəf – mən və Qubad bəy arasında danışıqlar gedir. Amma Qubad bəyin bəzi tərəfdarlarının mövqeyinə görə məsələ uzanır. Söhbət mütləq fraksiyanın yaradılmasından getmir. Fraksiyanın yaradılma səbəbi aradan qaldırılmaldıır, partiyadaxili münasibətlər normallaşdırılmalıdır, ritorika dəyişməlidir. Narazılan varsa onlarla dialoq qurulmalıdır, kompramisə gedilməlidir”.

T.Abbaslı onu da qeyd edib ki, Müsavatın sonuncu müşavirəsindən sonra hazırkı başqan Arif Hacılı ilə görüşündə də fraksiya yaradılması ideyasını müzakirə edib.

Partiya sədrinin buna müsbət yanaşmadığını vurğulayan T.Abbaslı bildirib ki, fraksiya birbaşa Arif Hacılıya qarşı yönəlmiş addım deyil:

“Heç bir rəhbər istəməz ki, onun rəhbərlik etdiyi qurumda təşkilatlanmış narazı kəsim olsun. Amma bu, sırf Arif Hacılının şəxsinə yönəlmiş addım yox, partiyadaxili siyasi münasibətlərə aiddir. Görüş zamanı mən də fikirlərimi bildirdim ki, bu şərtlər olarsa, müəyyən məsələlər aradan qaldırılarsa fraksiyaya ehtiyac qalmaz. Müzakirələr üzərində qurulan səmimi görüş oldu. Ən azından dialoqlara başlanıb və bu da müsbət haldır. Bu dəqiqə Müsavata daxili qarşıdurmalar yox, siyasi arenada mövqeyini möhkəmləndirmək lazımdır”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti