Con Kerrinin Rusiya səfəri başladı

Con Kerrinin Rusiya səfəri başladı
  07 May 2013    Oxunub:1528
O, rusiyalı həmkarı Sergey Lavrov və prezident Vladimir Putinlə görüşəcək
Bu gün ABŞ-ın dövlət katibi Con Kerrinin Rusiya səfəri başlayıb. Qısa müddətli səfər çərçivəsində Birləşmiş Ştatların Xarici Siyasət İdarəsinin rəhbəri rusiyalı həmkarı Sergey Lavrov və bu ölkənin prezidenti Vladimir Putinlə görüşəcək.

Danışıqlarla iki ölkə arasında münasibətlərlə yanaşı, Amerikanın Raketdən Müdafiə Sistemi, iki ölkə prezidentlərinin gözlənilən görüşü, eləcə də beynəlxalq əhəmiyyətli digər məsələlər müzakirə olunacaq.

Səbinə Həsənova
AzVison.az



Teqlər:  





Xəbər lenti