Şimali Koreya raketlərini yığışdırdı

Şimali Koreya raketlərini yığışdırdı
  07 May 2013    Oxunub:1146
Şimali Koreyanın Musudan raketləri buraxılma ərazisindən uzaqlaşdırılıb.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ rəsmiləri bildiriblər ki, Şimali Koreyanın iki ədəd Musudan raketləri ölkənin şərq sahilində yerləşən buraxılma ərazisindən kənarlaşdırılıb.

Keçən ay ABŞ-ın dövlət katibi Con Kerri Şimali Koreyaya xəbərdarlıq etmişdi ki, orta mənzilli raketlərin ölkə tərəfindən buraxılması “böyük səhv” olacaq.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi söyləyib ki, raketlərin ərazidən uzaqlaşdırılması o demək deyil ki bir daha onlar buraxılmayacaq.

Digər ABŞ rəsmisi raketlərin, ümumiyyətlə, buraxılma ərazisindən kənarlaşdırıldığına inanmadığını söyləyib.

Musudan raketləri 3000-3500 kilometr məsafəyədək işləyə bilir. Yenidən raket sınağı isə Koreya yarımadasında gərginliyə gətirib çıxaracaq.

Leyla Cavadova
AzVision.az



Teqlər:  





Xəbər lenti