Avropa tarixinin ən irimiqyaslı əməliyyatı keçirildi

Avropa tarixinin ən irimiqyaslı əməliyyatı keçirildi
  06 May 2013    Oxunub:1339
İspaniyanın Kordoba şəhərində narkotik alverçilərinə qarşı Avropa tarixinin ən irimiqyaslı əməliyyatı həyata keçirilib.
İspaniya polisinin gerçəkləşdirdiyi əməliyyatlar nəticəsində 52 ton narkotik vasitə ələ keçirilib. Dünya bazarında dəyəri100 milyon avro qiymətləndirilən narkotik vasitələrə görə hələ ki, heç kim həbs olunmayıb.

İspaniyanın hüquq-mühafizə orqanı əməkdaşlarının verdiyi məlumata görə hazırda məsələ ilə bağlı ciddi araşdırmalara başlanılıb. Onu da bildirək ki, İspaniyanın Kadiz şəhərində iki gün öncə polis əməkdaşları əməliyyat zamanı 33 ton narkotik vasitə aşkarlayıblar.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti