“Əsəd, vallah bunun hesabını verəcəksən”

“Əsəd, vallah bunun hesabını verəcəksən”
  06 May 2013    Oxunub:1586
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Ədalət və İnkişaf Partiyasının müşavirə yığıncağında Suriya prezidenti Bəşər Əsədə səslənib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Əsədin etdiklərinin hesabını ödəyəcəyini deyib. Ərdoğan, günahsız uşaqların fəryadına susmayacaqlarını, dilsiz şeytanlardan olmayacaqlarını dilə gətirib:

“Ey Bəşər Əsəd, Vallah bunun hesabını verəcəksən. Allah icazə versə, bu qatilin dünyada cəzasını çəkəcəyini görəcəyik. Siz yalnız Ədirnənin, Iğdırın, Hakkarinin, Vanın məsuliyyətini daşımırsınız. Siz Bakının, Lefkoşenin, Kabilin, Bosniyanın məsuliyyətini də daşıyırsınız. Bizim üzərimizdə Bağdadın, Qəzzanın, Qüdsün, Hamanın, Xumsun məsuliyyəti var. Uşaqların fəryadını eşitdiyimiz halda, biz susan dilsiz şeytanlardan olmayacağıq. Ey Bəşər Əsəd, vallah bunun hesabını verəcəksən. Ağzında əmzik olan qundaqdakı körpələrin başına gələnlərin əvəzini çox, amma çox ağır ödəyəcəksən”.

Ərdoğan onu da vurğulayıb ki, beynəlxalq ictimaiyyət, Suriya mövzusunda hələ də gözlənilən addımları atmayıb.



Teqlər:  





Xəbər lenti