İŞİD-ə ağır zərbə - 61 terrorçu öldürüldü

İŞİD-ə ağır zərbə - 61 terrorçu öldürüldü
  11 Oktyabr 2014    Oxunub:2367
İraqın qərb və şimal bölgələrində dövlətlərarası koalisiyanın və İraq ordusunun hücumları nəticəsində 61 İŞİD döyüşçüsü öldürülüb.
AzVision.az xəbər verir ki, İraq ordusuna tabe olan “Əl-Cəzirə və Əl-Bələdiyə” əməliyyatlarının komandiri general Ziya Kazım verdiyi açıqlamada İraq ordusunun təyyarələrinin hücumu nəticəsində Əl-Ənbar vuilayətində bir konvoya hücum zamanı 30 İŞİD döyüşçüsünün öldürüldüyünü bildirib. Məhv edilən konvoyda 20 avtomobil, 2 tank və yanacaq daşıyan 2 tanker olub.

Eyni zamanda Ənbarın şimalında 20 İŞİD silahlısının öldürüldüyü bildirilir.

Peşmərgə silahlarının nümayəndəsi Şirzad Zahulinin bildirdiyinə görə, Mosulun 55 km şimalındakı Zimmar vilayətinə dövlətlərarası koalisiya hava hücumları edib. Nəticədə 11 silahlı öldürülüb.

Emin


Teqlər:  





Xəbər lenti