Britaniya ordusunun beşdə biri döyüşə yararlı deyil - "The Times"

 Britaniya ordusunun beşdə biri döyüşə yararlı deyil    - "The Times"
  24 Dekabr 2024    Oxunub:347
Britaniya ordusunun on mindən çox fəal dənizçi, əsgər və pilotu tibbi cəhətdən yararsız elan edildiyi üçün döyüşlərə qatıla bilməz. Bundan əlavə, təxminən 15.000 hərbi qulluqçu tibbi səbəblərə görə müəyyən məhdudiyyətlərlə fəaliyyət göstərir.
Bu fikirlər “The Times”da dərc olunan məqalədəndir. Müəllif qeyd edib ki, ümumiyyətlə, Britaniya ordusunun əsgər və zabitlərinin beşdə birindən çoxu heç bir problemi olmasa da döyüş əməliyyatlarına yararlı deyil. Bununla bağlı statistikanı Böyük Britaniyanın veteranlarla iş üzrə naziri Al Karnes açıqlayıb.

Starmer Ukraynaya qoşun göndərməyə hazırdır - "The Times"
Ümumilikdə isə orduda tibbi səbəblərə görə tam yararlı sayılmayan 16,335 əsgər var. Ordunun 71,340 canlı qüvvəsində yalnız 55,005 əsgər tam şəkildə bütün proseslərə hazırdır.

Kral Donanmasındakı vəziyyət də maraqlıdır. Burada 2,922 dənizçi ümumiyyətlə dənizə çıxa bilməz. 2,363 dənizçi isə tibbi baxımdan məhdudiyyətləri var. Bununla belə, Kral Hərbi Hava Qüvvələri tibbi cəhətdən qeyri-məqbul kimi təsnif edilən personalın ən yüksək nisbətinə malikdir. Ümumilikdə 27,969 nəfərdən 3,721-i qeyri-məqbuldur ki, bu da qüvvələrin 13 faizini təşkil edir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Britaniya   Ordu  





Xəbər lenti