Türkiyənin döyüş təyyarələri Suriya sərhədində

Türkiyənin döyüş təyyarələri Suriya sərhədində
  11 Oktyabr 2014    Oxunub:1654
Kobani şəhərində davam edən döyüşlərin Suriya-Türkiyə sərhədinə yaxınlaşması səbəbindən Türkiyənin Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri səmaya qaldırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Sabah” qəzetinin məlumatına görə, Diyarbəkirdən havaya qalxan dörd ədəd “F-16” döyüş təyyarəsi Suriya ilə dövlət sərhədi boyunca uçuşlar edib.

Başqa bir məlumatda isə bildirilir ki, oktyabrın 10-da Suriya ərazisindən Türkiyə sərhədçilərinə atəş açılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti