Lukaşenko: `Kişi kimi danışmaq vaxtıdır` - CANLI YAYIM (Yenilənib)
“Avropanın mərkəzində hərbi əməliyyatların aparılması yolverilməzdir. Münaqişə tərəfləri hərbi əməliyyatları dayandırmaqla yanaşı Minsk razılaşmasını da yerinə yetirməlidirlər”, -deyə Lukaşeno bildirib.
Bundan əlavə, Lukaşenko MDB məkanında təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyini də vurğulayıb: “Birliyin taleyi barədə kişi kimi danışmaq vaxtı çatıb”.
***
Bu gün Belarusun paytaxtı Minskdə MDB hökumət başçılarının sammiti öz işinə başlayıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən artıq MDB hökumət başçılarım sammitin keçiriləcəyi Müstəqillik Sarayına gəliblər.
Gözlənildiyi kimi Ukrayna prezidenti Pyotr Poroşenko sammitə qatılmayıb. Onun ölkəsinin maraqlarını Ukraynanın Belarusdakı səfiri Mixail Ejel qoruyacaq.
Sammitdə iqtisadi, humanitar və hüquq-mühafizə sahələrində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Eldar Tanrıverdiyev