İŞİD-ə ağır zərbə vuruldu

İŞİD-ə ağır zərbə vuruldu
  10 Oktyabr 2014    Oxunub:2757
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr “İraq və Şam İslam Dövləti” (İŞİD) yaraqlılarının Kobanidəki mövqelərinə aviazərbələr endirib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Aviazərbələr nəticəsində Kobaninin cənubunda terrorçular tərəfindən ələ keçirilən iki inzibati bina dağıdılıb. Bundan əlavə, terrorçuların Kobanida silah-sursat anbarı, o cümlədən onlara məxsus tank və zirehli texnikalar da məhv edilib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti